"Qarabağ" ispaniyalı futbolçu ilə müqavilə imzaladı

 20:11 07.06.2019     355

Ağdamın “Qarabağ” klubu ispaniyalı futbolçusu Miçel Madera ilə yeni müqavilə imzalayıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək.

Miçel geridə qalan mövsümdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rüfət Xəlil / Redaktor.az