Türkiyəli futbolçu İtaliya klubundan ayrıldı

 23:59 07.06.2019     363

Türkiyə yığmasının yarımmüdafiəçisi Salih Uçan İtaliyanın “Empoli” klubu ilə vidalaşıb.

Redaktor.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb.

O, klub rəhbərliyinə, azarkeşlərə, birgə çalışdığı futbolçu və məşqçi heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Salih Uçan 2018-ci ildə “Fənərbaxça”dan "Empoli"yə transfer olmuşdu. Uçan A Seriyasında bu müddətdə 14 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Rüfət Xəlil / Redaktor.az