7 futbolçu "Arsenal"dan getdi - RƏSMİ

 01:16 08.06.2019     351

"Arsenal" 7 futbolçusu ilə yolları ayırdığını rəsmən açıqlayıb.

Redaktor.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə,  bunlar qapıçı Petr Çex, müdafiəçilər Ştefan Lixtştayner, Xulio Pleqezuelo, Koen Bramall, yarımmüdafiəçilər Aaaron Remsi, Çarli Qilmor və hücumçu Denni Uelbekdir. Onlar müqavilələrin müddəti başa çatdığı üçün London təmsilçisindən ayrılıblar.

Rüfət Xəlil / Redaktor.az