"Mançester Yunayted" ulduz futbolçularını yola saldı

 04:29 08.06.2019     405

İngiltərənin "Mançester Yunayted" futbol klubu iki futbolçusu ilə vidalaşıb.

Redaktor.az-ın Rusiya mediasına  istinadən yaydığı xəbərə görə, müdafiəçi Luis Antonio Valensiya və yarımmüdafiəçi Ander Herrera ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, ekvadorlu Valensiya 2009, ispaniyalı Herrera isə 2014-cü ildən "MY"da top qovurdu.

Rüfət Xəlil / Redaktor.az