Azərbaycan – Macarıstan: Start heyətləri açıqlanıb

 19:34 08.06.2019     452

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Macarıstan oyununun heyətləri açıqlanıb.

Redaktor.az-ın APA-ya istinadən məlumatına görə, bu gün “Bakcell Arena”da üz-üzə gələcək komandalar ilk “11-lik”lərini və ehtiyatda qalacaq futbolçularını müəyyənləşdiriblər.

E qrupunun 3-cü turunun ikinci matçı saat 20:00-da başlayacaq. Bu, baş məşqçi Nikola Yurçeviçin yetirmələrinin seçmə mərhələdə ikinci matçı olacaq.

Xorvatiyalı mütəxəssis və onun Macarıstan yığmasındakı italiyalı həmkarı Marko Rossi heyətə aşağıdakı futbolçuları daxil ediblər.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu

IV tur

7 iyun

20:00. Azərbaycan – Macarıstan

Baş hakim: Kevin Blom

Baş hakimin köməkçiləri: Bas van Dongen, Yohan Balder

Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev

Baş məşqçi: Nikola Yurçeviç

Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixay Korxut, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 18. Dominik Nad

Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 4. Yanoş Ferentsi, 5. Paulo Vinisius, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İştvan Kovaç, 21. Tamaş Kadar, 23. Filip Holender, 

Baş məşqçi. Marko Rossi

Bakı. “Bakcell Arena” stadionu