Daha bir güləşçimiz AÇ-də erməni rəqibini məğlub etdi

 07:29 09.06.2019     349

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında daha bir idmançımız erməni rəqibindən üstün olub.

Redaktor.az-ın xəbərinə görə, 125 kq çəki dərəcəsində mübarizə aparan İslam Abuyev 1/4 finalda Ermənistan idmançısı Aşot Ruşanyanı 2:0 hesabı ilə məğlub edib.

O, yarımfinalda rusiyalı Saypuddin Məhəmmədovla qarşılaşacaq.

Qeyd edək ki, bu qitə birinciliyində Azərbaycan güləşçiləri üç dəfə prinsipial görüşə çıxıb və hər üçündə qalib gəlib.(oxu.az)