Türkiyə-Fransa oyununda gözlənilməz nəticə

 09:06 09.06.2019     362

Avro 2020-nin seçmə mərhələsinin Türkiyə-Fransa oyununda sensasiya baş verib. 

Redaktor.az  xəbər verir ki, Konyada keçirilən matçda meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. 

Qolları Kaan Ayhan (30) və Çengiz Under (40) vurublar.

Üç turdan sonra Şenol Günəşin yetirmələri 9 xalla qrupda birinci yerdə qərarlaşıblar.(oxu.az)