Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək

 13:31 09.06.2019     371

Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda və final oyunları keçiriləcək. 

Redaktor.az-ın report.az-a istinadən məlumatına görə, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gələcək. Onların yarımfinalda müvafiq olaraq, üstələdikləri İsveçrə və İngiltərə milliləri isə 3-cü yer uğrunda matça çıxacaqlar. Bu komandaların hamısı A Liqasında qrup qalibi olub. 

İlk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.

UEFA Millətlər Liqası

3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques"

FİNAL

22:45. Portuqaliya - Hollandiya
Portu (Portuqaliya), "Estadio do Dragao"