Millətlər Liqası: üçüncü yer bəlli oldu, çempion isə...

 20:04 09.06.2019     454

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, final matçında Portuqaliya və Hollandiya milliləri üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Günün digər matçında üçüncü yer uğrunda İsveçrə və İngiltərə milliləri qarşılaşır. Hazırda oyunda əlavə vaxt oynanılır və hesab açılmayıb.

***

Oyunda əlavə vaxtda da qol olmayıb və komandalar qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri vurublar. Burada daha dəqiq olan İngiltərə millisi üçüncü yeri tutub.

Vumart və Güvən reklamı Vumart Güvən