Gənc gimnastımız Qazaxıstanda medal qazanıb

 14:37 10.06.2019     617

Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Redaktor.az-a verilən məlumata görə, turnirdə, gənclər arasında ölkəmizi təmsil edən Nərmin Bayramova çoxnövçülük proqramında 63.050 xal toplayaraq, bürünc medal qazanıb.

Böyük gimnastlar arasında Yelizaveta Luzan çoxnövçülük proqramında 58.050 xalla turniri 4-cü, komanda yoldaşı Fatimə Əkpərova isə 55.850 xalla 6-cı yerdə bitirib.

Vumart və Güvən reklamı Vumart Güvən