Azərbaycan millisi Belarusa qalib gəlib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Redaktor.az-ın məlumatına görə, komandamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı çərçivəsində ilk matçını keçirib.
Yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə görüşüb. Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Turan Vəlizadə penalti zərbəsindən vurub.












