Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb
Avrokuboklarda yeni mövsümün ilk püşkatması keçirilib.
Redaktor.az-ın məlumatına görə, Çempionlar Liqasının ilkin mərhələsinin cütləri bəlli olub.
Avropanın ən aşağı reytinqli 4 liqasının çempionu püşk nəticəsində iki cütlük təşkil edib. Bu raundda yarımfinalın iki görüşü və final qarşılaşması Kosovonun Priştina şəhərindəki Fadil Vokkri stadionunda baş tutacaq.
Çempionlar Liqası, İlkin mərhələ, Yarımfinal
25 iyun
1. “Feronikeli” (Kosovo) - “Linkoln” (Cəbəllütariq)
2. “Tre Penne” (San-Marino) - “Santa Koloma” (Andorra)
Final
28 iyun
1-ci cütün qalibi – 2-ci cütün qalibi
Qeyd edək ki, mərhələnin qalibi Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran üç komanda isə çıxışını Avropa Liqasında davam etdirəcək.