AFFA Nikola Yurçeviçdən hesabat tələb edib

 10:51 12.06.2019  70

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Slovakiya oyunundan sonra AFFA-nın İcraiyyə Komitəsinin təcili yığıncağı keçirilib.

Redaktor.az-ın məlumatına görə, toplantı yığmamızın 1:5 hesabı ilə uduzduğu görüşdən dərhal sonra təşkil olunub.

Nəticədən narazı qalan AFFA rəhbərliyi komitə üzvlərini oyunun keçirildiyi “Bakcell Arena”da bir yerə yığıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və komitə üzvlərinin qatıldığı iclasa millinin baş məşqçisi Nikola Yurçeviç də dəvət olunub.

 

Komandanın ağır məğlubiyyətindən narazı qalan AFFA rəhbərliyi iradlarını xorvatiyalı mütəxəssisə bildirib. N.Yurçeviçdən məğlubiyyətlə bağlı hesabat tələb olunub.

Qeyd edək ki, qarşısına final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulan yığmamız seçmə mərhələdə keçirdiyi hər üç oyunda uduzub.