Tanınmış futbolçu həbs edildi
Rusiya yığmasının və "Zenit" futbol klubunun qapıçısı Andrey Lunyov Moskvanın Vnukovo hava limanında həbs edilib.
Redaktor.az Zvezda.ru-ya istinadən xəbər verir ki, tanınmış futbolçu Moskvadan Sankt-Peterburqa uçan ərəfədə hava limanında ictimai asayişi pozub.
Polis hadisə ilə bağlı Lunyov haqqında protokol tərtib edərək futbolçunu sərbəst buraxıb.
Rüfət Xəlil / Redaktor.az












