Quardiola "Yuventus"a yox dedi

 01:21 13.06.2019     517

İspaniyalı məşqçi Pep Quardiola İtaliyanın "Yuventus" klubunun təklifini rədd edib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Turin təmsilçisinin 20 milyon avroluq  təklifindən imtina edib. 

Qeyd edək ki, Quardiola ötən mövsüm "Mançester Siti" ilə ölkə çempionu olub, İngiltərə liqa kuboku və İngiltərə superkubokunu qazanıb.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən