"Real"dan növbəti transfer - RƏSMİ

 08:34 13.06.2019     585

İspaniyanın "Real" futbol klubu növbəti transferini reallaşdırıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki,  Madrid təmsilçisi "Lion"un müdafiəçisi Ferlan Mendini heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Bu transfer üçün "Real"ın 48 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Rüfət Xəlil / Redaktor.az