“Real” fransalı müdafiəçi ilə 6 illik müqavilə imzalayıb

 10:08 13.06.2019     423

İspaniyanın “Real” klubu yay fasiləsində növbəti transferini rəsmiləşdirib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, belçikalı Eden Azar və serbiyalı Luka Yoviçin ardınca Fransa millisinin futbolçusu Ferlan Mendi də Madrid klubuna keçib.

Ölkəsinin “Lion” klubundan transfer olunan 24 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Onun keçidi 48 milyon avroya başa gəlib. Lakin bu məbləğ bonuslar hesabına daha 5 milyon avro arta bilər. 

 

Yeni transferin təqdimatı iyunun 19-da “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən