"Qarabağ" klubu futbolçusunu "Zirə"yə icarəyə verib

 13:38 13.06.2019     484

“Zirə” klubu heyətinə daha bir futbolçu cəlb edib. 

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Nicat Süleymanov 2019/2020 mövsümünün sonunadək “Qarabağ”dan icarəyə götürülüb. 

Qeyd edək ki, Süleymanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.

Vumart və Güvən reklamı Vumart Güvən