Əfsanəvi futbolçu VƏFAT ETDİ
Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun əfsanəvi futbolçusu Şərəf Has 83 yaşında vəfat edib.
Redaktor.az Türkiyənin “milliyet” qəzetinə istinadən məlumat verir ki, bu barədə “Fənərbaxça” klubundan yazılı açıqlama verilib.
Qeyd edək ki, Şərəf Has 14 il ərzində İstanbul klubunun formasını geyinib, 605 oyunda 168 qola imza atıb, 5 dəfə Türkiyə çempionu olub.
Onu da əlavə edək ki, o, klubda da bəzi postları tutub.
Anar Türkeş / Redaktor.az












