"Neftçi"nin ilk rəqibi bilindi
"Neftçi” futbol klubu yeni mövsümə hazırlığı davam etdirir.
Redaktor.az klubun saytına istinadənn xəbər verir ki, komandanın düşərgəsinə yeni transfer serbiyalı Voislav Stankoviç də qoşulub.
Hazırlığın ilk mərhələsinə sabah səhər məşqi ilə yekun vurulacaq. Komanda iyunun 15-i səhər saatlarında təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
"Ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” klubu olacaq. Digər rəqiblər haqda hələlik məlumat verilməyib.












