Dünyanın ən bahalı futbolçusu müəyyənləşdi - 252,2 milyon dollar / Foto
Dünyanın ən bahalı futbolçularının adları açıqlanıb.
Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə CIES Football Observatory Araşdırma Mərkəzi məlumat yayıb.
Birinci yerə "PSJ" klubunun fransalı üzvü Killian Mbappe layiq görülüb. 20 yaşlı ulduz hücumçunun qiyməti 252,2 milyon dollar qiymətləndirilib.
İkincilik 219,6 milyonla misirli Məhəmməd Salaha qismət olub. Üçüncü pillədə 207,9 milyon dollar transfer qiyməti ilə "MS"-nin üzvü Rəhim Sterlinq qərarlaşıb.
Argentinalı ulduz Lionel Messi isə siyahıda 4-cü olub. "Barselona" klubunun forvardının qiyməti 167,4 milyon dollara bərabər olub.
Rüfət Xəlil / Redaktor.az












