“Sumqayıt” “Sabah”dan futbolçu transfer edib
“Sumqayıt” futbol klubu növbəti transferini rəsmiləşdirib.
Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, 2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Gənclik şəhəri” təmsilçisi Elgün Nəbiyevi heyətinə cəlb edib.
Son mövsümü “Sabah”da keçirmiş yarımmüdafiəçi 1 illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək. 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, E.Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol), “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.












