Braziliya millisində ciddi itki

 00:59 15.06.2019     671

Braziliya milisi ciddi itki ilə üzləşib.

Redaktor.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, komandanın qapıçısı Ederson məşq zamanı zədələnib. Sağ ayaq əzələsində zədə alan "Mançester Siti"nin qolkiperinin 5-7 gün oynamayacağı bildirilib. Bu isə o deməkdir ki, Ederson Amerika kubokunda Boliviya və Venesuela ilə görüşləri buraxacaq. Bu matçlarda qapını Alison Bekerin qoruyacağı gözlənilir.

Qeyd edək ki, Amerika kuboku 15 iyun-7 iyul tarixlərində Braziliyada keçiriləcək.