Azərbaycan voleybolçuları Gümüş Avropa Liqasını məğlubiyyətlə başa vurublar

 18:17 15.06.2019     360

Kişi voleybolçular arasında Gümüş Avropa Liqasında VI turun oyunlarına start verilib.
 
Redaktor.az
-ın APA-ya istinadən məlumatına görə, sonuncu tur çərçivəsində Azərbaycan yığması Danimarkanı qəbul edib. 

Fərid Cəlalovun yetirmələri səfərdə olduğu kimi, evdə də rəqibi ilə bacarmayıblar. Komandamız danimarkalılara 0:3 hesabı ilə uduzub. 

Yığmamızın yer aldığı B qrupunun digər matçında Gürcüstan və Rumıniya üz-üzə gəlib. Qarşılaşma 3:0 hesabı ilə rumınların xeyrinə yekunlaşıb. 

Beləliklə, keçirdiyi bütün oyunlarda qalib gələn Rumıniya qrup birincisi kimi finala yüksəlib. Danimarkanın ikinci olduğu qrupda təmsilçimiz üçüncü, Gürcüstan sonuncu yeri tutub.  

Gümüş Avropa Liqası
B qrupu
15 iyun
VI tur
Azərbaycan – Danimarka - 0:3 (17:25, 20:25, 18:25)
Hakimlər: Sebastian Vidlarz (Gürcüstan), Eldar Zülfüqarov (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi

N

Ölkə

O

Q

M

S

T

X

1

Rumıniya

6

6

0

18-2

505-392

18

2

Danimarka

6

4

2

12-6

428-357

12

3

Azərbaycan

6

2

4

8-13

452-459

6

4

Gürcüstan

6

6

6

1-18

291-468

0