İlkin Fikrətoğlu ATV-dən çıxarılır?
Azad Azərbaycan televiziyasında (ATV) idman departamentinin rəhbəri, jurnalist İlkin Fikrətoğlunun işdən çıxarılmaq təhlükəsi istər sosial şəbəkələrdə, istərsə də mediada səs-küyə səbəb olub. Deyilənə görə, Fikrətoğlu AFFA-nın fəaliyyəti ilə bağlı efirə gedən tənqidi süjetə görə ciddi şəkildə təzyiqlərə məruz qalıb. Müxtəlif təbəqəli insanlar istedadlı tele-jurnalistin işini itirməsi ilə üz-üzə qalmasına biganə qalmayıb. Reaksiyalar o səviyyəyə çatıb ki, hətta bir neçə gündür ki, jurnalistə dəstək kompaniyalarına start verilib.
Redaktor.az-a açıqlama verən İlkin Fikrətoğlu bildirib ki, işinin başındadır:
“İşimlə bağlı məsələ bu gün bilinməlidir. Hələ ki, heç bir şey yoxdur. Hər zaman olduğu kimi, işdəyəm, işimin başındayam. Hətta hazırda montaj prosesindəyəm. Dedilər, birinci gün görüşüb, danışacağıq. Səhərdən buradayam, hələ ki, çağıran yoxdur”.
Sevda Bayramova / REDAKTOR.AZ












