"Real Madrid" braziliyalı hücumçu aldı

 00:56 18.06.2019     442

İspaniya nəhəngi “Real” heyətinə daha bir futbolçu cəlb edib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Santos”dan Rodriqo Qoeslə anlaşıb. 18 yaşlı braziliyalı hücumçu ilə bu gün müqavilə imzalanacaq.

İspaniya mətbuatı “Real”ın bu transfer üçün Braziliya klubuna 45 milyon avro ödədiyini yazıb.