Çempion Amerika kubokuna darmadağınla başlayıb

 11:15 18.06.2019     451

Braziliyada təşkil olunan Amerika kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, C qrupunda Çili Yaponiyanı qəbul edib.

Son iki turnirin qalibi olan cənubi amerikalılar Asiya təmsilçisini darmadağın edib – 4:0. Çili futbolçuları bu qollardan birini fasiləyədək, üçünü ikinci yarıda vurublar.

Qeyd edək ki, qrup mərhələsinin ikinci turuna bu gecə start veriləcək.

Amerika kuboku
I tur

C qrupu
17 iyun
Yaponiya – Çili – 0:4
Pulqar, 41, Varqas, 54, 83, Sançes, 82//apa.az

Vumart və Güvən reklamı Vumart Güvən