SON DƏQİQƏ: Mişel Platini HƏBS EDİLDİ
UEFA-nın keçmiş prezidenti Mişel Platini həbs olunub.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Platini 2022-ci il futbol üzrə dünya çempionatının Qətərə verilməsinə dair ittihamlarla bağlı nəzarətə götürülüb.
Xatırladaq ki, futbol üzrə dünya çempionatının Qətərə verilməsi ilə bağlı uzun müddətdir istintaq aparılır. Ali idman tədbirinin rüşvət qarşılığında Qətərdə təşkilinə icazə verildiyi iddia edilir.
Anar Türkeş / Redaktor.az












