"Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

 18:10 18.06.2019     376

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.

Redaktor.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən "Neftçi" və "Səbail" komandalarının rəqibləri məlum olub.

"Neftçi" 1-ci mərhələdə Moldovanın "Sperantsa" (Nisporen) klubu ilə qarşılaşacaq.

"Səbail"in rəqibi isə Rumıniyanın "Universtitatya Krayova 1948" klubu olacaq.

Hər iki klubumuz ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-i, cavab qarşılaşmaları isə 18-də keçiriləcək.