Platini sərbəst BURAXILDI

 11:34 19.06.2019     408

Ötən gün Parisdə saxlanılan UEFA-nın keçmiş prezidenti Mişel Platini sərbəst buraxılıb.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, Platini nəzarətdə saxlanma müddəti başa çatdığı üçün azad edilib. UEFA-nın keçmiş prezidenti ona yönəldilən ittihamları rədd edib. Xatırladaq ki, Platini 2022-ci il futbol üzrə dünya çempionatının Qətərə verilməsinə dair ittihamlarla bağlı nəzarətə götürülmüşdü.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının Qətərə verilməsi ilə bağlı uzun müddətdir istintaq aparılır. Ali idman tədbirinin rüşvət qarşılığında Qətərdə təşkilinə icazə verildiyi iddia edilir.

Anar Türkeş / Redaktor.az