“Zirə”nin hazırlıq planı açıqlanıb

 13:46 19.06.2019     331

“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, Bakı təmsilçisinin hazırlığı 2 mərhələdən ibarət olacaq. 

İlk mərhələ paytaxtda olacaq və 21 iyun – 19 iyul tarixləri aralığında baş tutacaq. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.

Komanda iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.

Hazırlığın 2-ci hissəsi Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul – 4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Komanda burada da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub.