Hummels yenidən "Borussiya"da - RƏSMİ

 19:44 19.06.2019     363

"Bavariya"dan gedən Mats Hummels yenidən keçmiş klubu "Borussiya"ya qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. 

Qeyd edək ki, Hummels 2008-2016-cı illərdə də “Borussiya”nın formasını geyinib.

Rüfət Xəlil / Redaktor.az