Boksçumuz Avropa Oyunlarına qələbə ilə başlayıb
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarına start verilib.
Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, öncə 56 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular “Uruçye Arena”nın rinqinə çıxıblar.
Azərbaycan yığmasının heyətində qüvvəsini sınayan ilk boksçu Tayfur Əliyev olub. O, 1/16 finalda Boyan Asenovla qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.
Qeyd edək ki, bu gün daha iki boksçumuz rinqə çıxacaq.












