“Qəbələ”də ispaniyalı yarımmüdafiəçi - RƏSMİ
2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini həyata keçirib.
Redaktor.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Viqo şəhərindən olan futbolçu yerli “Selta” klubunun yetirməsidir. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası “Barakaldo” olub.












