III Avropa Oyunlarının ev sahibi müəyyənləşib

 13:33 22.06.2019     379

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.

Redaktor.az APA-ya istinadən bildirir ki, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.

Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.