Boksçumuz erməni rəqibini peşman etdi

 17:01 22.06.2019     390

Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan Azərbaycanidmançısı Lorenzo Sotomayor erməni rəqibini böyük hesabla məğlub edib.

Redaktor.az Metbuat.az-a istinadən xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Sotomayor onaltıdabir finalda Qurqen Madoyan ilə üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0. 

Qeyd edək ki, Sotomayor səkkizdəbir finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə görüşəcək.