Rüstəm Orucov II Avropa Oyunlarında gümüş medal qazandı - YENİLƏNDİ

 18:52 23.06.2019     437

Azərbaycan cüdoçusu Rüstəm Orucov "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.

73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.

Hər iki cüdoçu ehtiyatlı başlayıb. Buna görə hakim onlara xəbərdarlıq edib. Sonradan Orucov vaza-ari xalı ilə önə keçib. Az sonra Masias əvvəlcə vaza-ari ilə bərabərliyə, sonra ipponla qələbəyə nail olub. Bu, Azərbaycanın "Minsk 2019"da 6-cı medalı olub.

***

18:45

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, 73 kq çəkidə yer alan Heydərov 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.

Bu, Azərbaycan idmançılarının "Minsk 2019"da 5-ci medalı olub. 73 kq çəkidə final görüşündə isə Rüstəm Orucov finalda isveçli Tomas Masiasla qarşılaşacaq.