Gimnastlarımız finala çıxa bilmədilər

 22:19 25.06.2019     395

Azərbaycan gimnastları - Ruslan Ağamirov və İlya Qrişun “Minsk 2019” II Avropa Oyunlarında finala vəsiqə qazana bilməyib.

Redaktor.az xəbər verir ki, gimnastikanın batut növündə fərdi yarışda mübarizə aparan idmançılardan Ağamirov 65,485 xalla 10-cu yeri tutub. Qrişun isə 50.500 xalla 21-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk 6 yeri tutan idmançılar finala yüksəlib.