"Səbail" böyük hesabla uduzdu

 00:17 26.06.2019     384

Bolqarıstanın Bransko şəhərində təlim-məşq toplanışını davam etdirən "Səbail" bu gün növbəti yoxlama oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, "dənizçilər" ikinci sınağında yerli "Beroe" klubu ilə qarşılaşıb. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Səbail" ilk qarşılaşmasında Plovdiv "Lokomotiv"inə 0:1 hesabı ilə uduzub.