"Qarabağ" Rumıniya klubu ilə heç-heçə etdi

 01:42 26.06.2019     410

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub.