Hacı Əliyev ermənini məğlub etdi- 6:0

 13:13 26.06.2019     454

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.

Redaktor.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində olan idmançımız 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçid alıb.

Qeyd edək ki, Hacı Əliyev 1/4 final mərhələsində Belarus təmsilçisi George Kolievlə qarşılaşacaq.