Türkiyə millisinin üzvü "Bavariya"da

 05:24 27.06.2019     351

Türkiyə millisinin və "Ştutqart" klubunun müdafiəçisi Ozan Kabakın yeni komandası müəyyənləşib.

Redaktor.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, mövsümün ikinci hissəsini "Ştutqart"da keçirən futbolçu karyerasını "Bavariya"da davam etdirəcək. Artıq tərəflərin ortaq məxrəcə gəldiyi və yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilir.

Ancaq anlaşmanın detalları barədə ətraflı məlumat verilmir.