"PSJ" Neymarı "Barselona"ya satmaqdan imtina edib

 09:07 27.06.2019     362

Fransanın "PSJ" klubu braziliyalı hücumçusu Neymarı keçmiş klubu "Barselona"ya satmayacaq.

Redaktor.az-ın məlumatına görə, "PSJ" Kataloniya komandası ilə danışıqlardan imtina edib.

Lakin 27 yaşlı futbolçunun özü iyulun 7-si klubdan ayrılmaq istədiyini bəyan etmək niyyətindədir.

Xatırladaq ki, Neymar "PSJ"yə 2017-ci ildə 222 milyon avroya keçib. Hücumçunun Fransa klubu ilə razılaşması 2022-ci ilin yay mövsümündə bitir.//Trend.az