2020-ci ildə ilk MDB Oyunları keçiriləcək
Tarixdə ilk MDB Oyunları 2020-ci ildə Kazan şəhərində keçiriləcək.
Redaktor.az-ın məlumatına görə, bu barədə Tatarıstanın İdman Nazirliyi elan edib.
Qeyd olunub ki, birinci MDB Oyunları gələn il avqustun 20-27-dək keçiriləcək.
Oyunlarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna iştirak edəcək. Bundan başqa, digər ölkələrdən idmançıların dəvət ediləcəyi istisna olunmur.
Birinci oyunlarda 2000-dək idmançının iştirak edəcəyi gözlənilir.
MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armrestlinq, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.a