İtaliya klubundan "Beşiktaş"a 7 milyon avroluq təklif

 15:14 28.06.2019     423

İtaliyanın "Latsio" futbol klubu Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Dorukhan Toközü transfer etmək istəyir.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Roma təmsilçisi Türkiyə millisinin üzvü üçün artıq İstanbul klubuna rəsmi təklif verib. Təklifin dəyəri 7 milyon avrodur.

"Beşiktaş"ın 23 yaşlı yarımmüdafiəçisi isə transfer üçün 12 milyon avro tələb edib.

Qarşı tərəfin bu təklifi dəyərləndirəcəyi isə hələlik bəlli deyil.