Mariya Stadnik II Avropa Oyunlarında qızıl medal qazanıb

 21:19 28.06.2019     393

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik qızıl medal qazanıb.

Redaktor.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə ukraynalı Oksana Livaçla qarşılaşıb.

M.Stadnik mübarizəni 7:1 hesablı qələbə ilə başa vurub.