Gənc türkiyəli futbolçu "Şalke"yə transfer oldu
Türkiyə yığmasının və Almaniyanın "Ştutqart" klubunun gənc müdafiəçisi Ozan Kabakın yeni komandasının adı müəyyənləşib.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, 20 yaşlı mərkəz oyunçusu bundan sonra "Şalke" klubunda top qovacaq.
Kabak "Şalke" ilə 5 illik müqavilə imzalayıb. Müqavilənin detalları haqda məlumat verilmir.
Rüfət Xəlil / Redaktor.az












