Azərbaycan yığması Avropa Liqasında iştirak edəcək

 10:20 01.07.2019     312

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Liqasında iştirak edəcək.

Redaktor.az-ın məlumatına görə, yığmamız Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq turnirdə qüvvəsini sınayacaq.

Komandamız ilk görüşünü iyulun 5-də Rusiyaya qarşı keçirəcək. Ertəsi gün İspaniya ilə üz-üzə gələcək yığmamız ayın 7-də Türkiyə ilə qarşılaşacaq. 

 

Yığmamız yarışa 12 futbolçu ilə yollanacaq: Vaqif Şirinbəyov, Elçin  Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev, Ruslan Poladov.

Vumart və Güvən reklamı Vumart Güvən