Firdovsi Fərzəliyev: “Final döyüşüm alınmadı”

 14:06 01.07.2019     519

"Avropa Oyunlarının finalındakı görüşü istədiyim kimi qura bilmədim. Qalib gəlmək, qızıl medal qazanmaq istəyirdim. II Avropa Oyunlarının çempionu olmaq niyyətində idim". 

Bunu Azərbaycan millisinin karateçisi Firdovsi Fərzəliyev deyib.

60 kiloqram çəki dərəcəsində gümüş medal qazanan idmançımız yarış barədə fikirlərini açıqlayıb:

"Qızıl medal əldə etmək istəyirdim. Amma yenə qeyd edim ki, final istədiyim kimi alınmadı. Uduzduğum Latviya təmsilçisi Kalvis Kalnins təcrübəli karateçidir. Ümumiyyətlə, II Avropa Oyunlarında zəif karateçilərlə üz-üzə gəlmədim. Dünya və Avropa çempionları ilə qarşılaşdım. Heç-heçə ilə başa vurduğum görüşlər də oldu. Demək olar ki, rəqiblərimin hamısını məğlub etmişəm. Finaldakı rəqibi də məğlub edə bilmişəm. Şəxsi hesabımız 1:1 idi. İndi isə o qələbə qazandı. Sadəcə olaraq, final döyüşüm alınmadı. Hər şey fikirləşdiyimiz kimi olmur. O da insandır və mənim görüşlərimə baxıb, mən də onun qarşılaşmalarını izləyirəm. O, bu dəfə məndən ağıllı oldu. Ən azı vətənə medalsız qayıtmıram".//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən