“Fənərbaxça” İran yığmasının futbolçusu ilə müqavilə imzaladı

 16:48 01.07.2019     374

Türkiyənin “Fənərbaxça” klubu iranlı futbolçu transfer edib.

Redaktor.az-ın məlumatına görə, İstanbul təmsilçisi Allahyar Sayyadmaneşlə 5 illik müqavilə bağlayıb.

Türkiyəlilər 18 yaşlı hücumçu üçün “İstiqlal” klubuna 850 min avro ödəyib. İran təmsilçisinin heyətində cari mövsüm 15 oyunda 2 qol vuran forvard 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, İranın U-17 və U-23 yığmalarında oynamış futbolçu bu il əsas millidə də debüt edib.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən